Atlas Copco şirkətinə xoş gəlmişsiniz

Məhsullara qayıt

prodGeniş biznes-ekspertiza və hər detalın diqqətlə nəzərdən keçirilməsi Atlas Copco şirkətini xarici bazarda müvəffəqiyyətlə fəaliyyət göstərən beynəlxalq ticarəti sənaye avadanlıqlarının istehsalçısı kimi dünyada tanıtdı.

Bir çoxlarının Atlas Copco şirkətini seçmə səbəblərindən biri onun 130 il fəaliyyət göstərməsi və hazırda 20 ölkədə geniş çeşiddə sənaye alətlərini təklif etməsidir. Şirkətin təqdim etdiyi bütün məhsullar illərlə aparılmış tədqiqatlara əsaslanmaqlavə texniki ekspertiza ilə işdə dəqiqlik kombinasiyasını tətbiq etməklə hazırlanır.

Dünyəvi ehtiyatlara malik olan beynəlxalq müəssisə kimi Atlas Copco müştərilərin olduğu yerdən asılı olmayaraq və tərəddüd etmədən yüksək xidmət göstərməkdə davam edir. Şirkətin baş ofisi İsveçin Stokholm şəhərində yerləşir, onun dünyada 150-dən artıq ofisi mövcuddur, sınaqda keçmiş və rahat distribütor xidmətləri göstərdiyinə görə harada olmağınızdan asılı olmayaraq sizə məhsulları rahat çatdıra bilir.

Atlas Copco şirkəti tərəfindən təklif olunan məhsullar

Fəaliyyəti ilə özünü təsdiq etmiş avadanlıq istehsal edən şirkət olan Atlas Copco şirkəti fəaliyyət imkanlarının artırılmasında müştərilərə köməklik edən geniş çeşiddə məhsullar təklif edir.

Atlas Copco şirkəti inkişaf, istehsal, ticarət etmək üçün yüksək səviyyəli kompressorlu maşınqayırma texnologiyalarını və xidməti yağsız və yağlı stasionar hava kompressorlarını, portativ hava kompressorlarını, qaz və texnoloji kompressorlarını, turboekspanderlərini, enerji generatorlarını, hava təmizləyici avadanlığı və hava hərəkətini idarə edən sistemləri tətbiq edir.

Şirkət tikinti və mədən avadanlıqları da təklif edir, bununla əlaqədar olaraq, mədəndə qazıntı alətlərinin, tikinti və söküntü işləri üçün nəzərdə tutulmuş alətlərin, qazıma qurğularının və avadanlıqlarının təhvili, istehsalı, ticarəti və xidməti ilə məşğul olur. Atlas Copco şirkətinin sənaye ekspertizası sənaye mexaniki alətlərin, montaj qurğularının, ikinci dərəcəli bazar məhsullarının və proqramların istehsalını da həyata keçirmə qabiliyyətinə malikdir.

Atlas Copco şirkətinin məhsulları sizin işgüzar tələblərinizə uyğundursa, bizimlə əlaqə saxlayın və biz də öz növbəmizdə sifariş etdiyiniz məhsulları dərhal ünvanınızsa çatdıraq.