deuchMüştərilərmizdən DEUTZ şirkəti ilə əməkdaşlığı haqqında ən dəqiq məlumat vermələrini istədikdə, onların əksəriyyəti müasir texnologiya deyə cavab verir. DEUTZ şirkəti uzunmüddətli fəaliyyət təcrübəsinə malikdir – o, keçmiş dövrlərin peşəkarlığını müasir dövrümüzə uyğunlaşdırır.

İllər keçdikcə, DEUTZ şirkəti öz müştəriləri üçün yüksək keyfiyyətli məhsullarla xidmət göstərir və hazırda biz 140 illik təcrübəsi olan nəhəng maşın istehsalçısı kimi tanıyırıq. Fəaliyyətin hər bir detala diqqət yetirməsi və hər müştərinin tələblərinə fərdi yanaşması onun beynəlxalq arenada tanınmasına səbəb oldu.

DEUTZ şirkətinin təcrübəsi və uğurlu fəaliyyəti onu dizel mühərriklərinin, soyutma sistemlərinin: hava, yağ və su; mobil maşın, k/t maşınları, avtomat hərəkət edən maşınların, dəniz mexanizmlərinin mühərriklərinin sabit istehsalçısına çevirdi. Bir çox ölkədə istehsal sahələri və davamlı bölüşdürmə sahələrinə malik olmaqla, DEUTZ şirkəti bütün dünyada fəaliyyət göstərir.

Bütün dünyada etibarlı xidmət

Etibarlı biznes tərəfdaşları olduğuna görə, DEUTZ şirkətinin hazırda 130 ölkədə nümayəndəliyi mövcuddur. Beynəlxalq səviyyədə tanınması davamlı və innovativ olmasıdır, bu səbəbdən yeni və mövcud müştərilərini geniş imkanlarla təmin edə bilir.

Hər yerdə peşəkarlığın təcəssümü

DEUTZ şirkəti yüksək texnologiyada istifadə etməklə nou-hau qiymətini təklif edir. Yüksək keyfiyyətdən əmin olmaq üçün bütün məhsullar sınaqdan keçirilir və onların keyfiyyətinə nəzarət edilir. Olduğunuz yerdən asılı olmayarq müştərilərimiz ilə uzunmüddətli əlaqə yaratmağı qarşımıza məqsəd qoymuşuq. Bu səbəbdən əlavə köməyə ehtiyacınız olarsa, heyətimiz sizin üçün 24/7 işləyir.

Bu sizin üçündür:

Erkən inkişaf mərhələlərindən başalayaraq son sınaq prosedurlarına qədər, DEUTZ şirkəti tərəddüd etmədən yüksək xidmət göstərməkdə davam edir. Maşın istehsalçısı kimi DEUTZ şirkətini seçən hər müştəri aşağıdakı imkanlardan faydalanmış olur:

– Qiymətə uyğun qərarlar

– Məhsulların ağır rejimdə istismar mühitinə uyğun hazırlanması

– Rahat xidmət

– 24/7 satışdan sonrakı xidmət

– Məhsula uzunmüddətli zəmanət

DEUTZ şirkəti bir çoxlarının seçimi olub və onların sifarişlərini yüksək səviyyədə yerinə yetirib.

Bizim məhsullarımız