Sənaye xidmətləri

Xidmətlərə qayıt
Bu paylaş:

SƏTH HAZIRLIĞI/QUMVURMA İLƏ TƏMİZLƏMƏ.   

Biz sizin səth hazırlığı tələblərinizə cavab verəcək resurslara sahibik.Hava verən maşın ilə birlikdə biz səth hazırlığı ilə əlaqədar olaraq mis şlak, qranat, alüminium oksid və püskürtmə, üfürmə sistemi, təzyiq, buxar və kimyəvi təmizləmə, elektrik və mexaniki üsullardan istifadə edirik. Yeni yaranan texnologiyaların olduğu daima dəyişən ətraf mühitdə siz səth hazırlığı layihənizin düzgün və təhlükəsiz şəkildə həyata keçirilməsini istəyirsinizsə, Atlas ES-in təcrübəsinə güvənə bilərsiniz. Biz bilirik ki, hər müştərinin ehtiyacları müxtəlifdir və biz sizin səth hazırlığı ilə bağlı problemlərinizin həll yolunu tapa bilərik.Əlavə olaraq biz sizi məqsədinizə çatmaq üçün ən son ekoloji metodlardan istifadə edən mütəxəssilərlə təmin edirik.

XİDMƏT GÖSTƏRDİYİMİZ BƏZİ SEKTORLAR.  

– Neft və Qaz                    – Enerji və kommunal xidmətlər
– İnşaat                             – Qida Sənayesi
– Dağ-mədən işləri

Ətraflı

RƏNGLƏMƏ

Bizim rəngsazlarımız ən yaxşı keyfiyyəti təmin etmək üçün ən keyfiyyətli boyama avadanlıqlarından istifadə edir; havasız, sadə,qızdırılmış, müxtəlif, parlaq, mükəmməl boyama sistemləri.Bizim səyyar qurğu sistemlərimiz mükəmməl keyfiyyətə nail olmaq üçün rəngsazlarımıza istehsal şəraitində işləməyə imkan verir.

QORUYUCU ÖRTÜKLƏR

Atlas ES bir çox sənaye qoruyucu örtüklərindən istifadəni təmin edən bir şirkətdir. Sizin müəssisədə və ya bizim məkanda beton, polad tikinti material və binalara boru çəkilişindən tutmuş istehsal avadanlıqları,kimyəvi zavodlar, neft təmizləyən zavodlara qədər biz istənilən həcmdə işi idarə edəcək resurslara sahib irəliləyən bir şirkət olaraq fərqlənirik. Sənaye örtükləri, örtük tələbləri, yeni tikinti layihələri və ya texniki xidmət təminatı ilə bağlı Atlas ES sizin ən yaxşı partnyorunuzdur. Biz sizin uzun müddətli aktivlərinizi dəyərləndiririk. Dəyər əlavə etmək və texniki xidmət xərclərini azaltmaqla onları mühafizə etmək bizim ən başlıca prioritetimizdir.Qısa müddət ərzində qrafiklə, büdcə, təcrübə və texnologiya, xərclər və xüsusi layihə parametrləri ilə müəyyən edilən sifarişçi layihələrini həyata keçirmək üçün bizim şirkətin kifayət qədər işçi qüvvəsi və ehtiyatları var. İşinizi bizə həvalə edin və biz sizə həll yolunu tapmaqda kömək edəcəyik.

YANĞINDAN MÜHAFİZƏ TƏDBİRLƏRİ

Bizim şirkət neft-kimya, enerji və polad istehsalı sahəsində, həmçinin şəhərlərdə və ya insanların olduğu digər ictimai yerlərdə təhlükəsiz surətdə yanğından mühafizə tədbirlərini öz heyəti və ya peşəkar təlim almış şəxslərlə həyata keçirir. Biz sement və ya yanğına davamlı digər materiallardan istifadə edərək istehsalat və ya digər sahələrdə sizin işinizi asanlaşdırırıq. Köpükvurma, mala çəkmə və bu kimi çox saylı xidmət tələblərimiz bizim dünya səviyyəli aktivlərin mühafizəsi bacarığımıza və təcrübəmizə uyğunluq təşkil edir. İnternational, Carboline, PPG və Sherwin –Williams (əvvəllər Leighs) kimi tanınmış istehsalçılarla işləyərək biz passiv yanğından mühafizə tədbirləri ilə bağlı daha kompleks və effektiv üsullar təqdim edirik. Növbəti yanğından mühafizə layihənizdə bizim güclü aktivlər komandamızdan istifadə edin.

SƏNAYE TİKİNTİ-QURUCULUQ İŞLƏRİ

Biz uğurlu layihənin həyata keçirilməsində mühüm rol oynayan tikinti-quruculuq xidmətləri, avadanlıqların alınması və yüksək səviyyədə ixtisaslaşmış sahə nəzarət heyətini təmin edən bir şirkətik. Atlas ES olaraq biz ən təhlükəsiz iş şəraiti təmin etmək üçün peşəkar səviyyədə fəaliyyət göstəririk. Bizim yüksək ixtisaslı çox bacarıqlı memarlardan ibarət komandamız yüksək keyfiyyətli inşaat materiallarından istifadə edərək işləyirlər. Biz hər zaman təhlükəsizlik fəaliyyətimizi qoruyub saxlamaq və inkişaf etdirmək məqsədilə yeni və qabaqcıl metodlar axtarıb tapmağa çalışırıq.

POLİURETAN TEXNOLOGİYASI

Biz aşağıdakı poliuretan vasitələrini təklif edirik : su keçirməyən dam örtüyü, fundament, hidrotexniki qurğular, tunellər,yollar,su anbarları, körpülərin korroziyadan qorunması,gəmi göyərtələri və müxtəlif təyinatlı metal konstruksiyalar, konstruksiyaların mühafizəsi, texniki avadanlıqların və konstruksiyaların abraziv yeyilmədən mühafizəsi, yük avtomobillərinin abraziv yeyilmədən mühafizəsi, mərtəbələrarası örtüklərin hazırlanması,istilik boru xətlərinin mühafizəsi,su sərfiyyatını tənzimləmək üçün qoruyucu örtüklər,döşəmə örtükləri.

QAZMA-PARTLAYIŞ VƏ KƏŞFİYYAT QAZMA İŞLƏRİ

Azərbaycanda və Gürcüstanda həyata keçirilən fəaliyyət növləri ilə birlikdə Atlas ES qazma-partlayış və kəşfiyyat qazma işləri üzrə ixtisaslaşmış bir şirkətdir.Bu fəaliyyət sahəsi Atlas ES-in genişlənən xidmətlərinin bir hissəsi olaraq 2012-ci ildə yaradılıb və digər xidmətlərə əlavə olaraq qazma işlərinin həyata keçirilməsinə əsaslanır.

DİGƏR XİDMƏTLƏR:

Satışdan sonra göstərilən xidmətlər

Atlas Corp şirkətin geniş və tam təchiz olunmuş texniki xidmət bölməsi məhsulların təmiri, saxlanması və təkrar emalı üçün

İcarə xidmətləri

Atlas Es sənaye avadanlığının bölüşdürülməsində aparıcı lider hesab olunur və bütün dünyada öz müştərilərinə daima keyfiyyətli məhsul və xidmətlər