Sənaye müəssisələrində enerji sərfiyyatı ümumi xərclərin böyük hissəsini təşkil edir. Bu xərcləri azaltmağın ən effektiv yollarından biri dəyişən sürətli idarəetmə texnologiyası — VSD (Variable Speed Drive) sistemidir.
Ənənəvi kompressorlarda mühərrik daim eyni sürətlə işləyir. Amma real iş şəraitində hava tələbi dəyişdiyindən, bu, lazımsız enerji itkisidir. VSD texnologiyası isə kompressorun mühərrik sürətini hava tələbinə uyğun avtomatik tənzimləyir.
Nəticə:
- Elektrik enerjisinə 30–50% qənaət
- Avadanlığın ömrünün uzadılması
- Sabit hava təzyiqi və azaldılmış mexaniki aşınma
Atlas Copco-nun GA VSD+ seriyası bu texnologiyanın ən qabaqcıl nümunəsidir. Səssiz, enerjiyə qənaətli və az servis tələbi ilə o, istehsalatda səmərəliliyi artırır.
Atlas Copco VSD+ modelləri ilə enerjiyə qənaət edin – Atlas əlaqə bölməsi