2025-ci ilin yanvar ayında“ İntertek” Sertifikatlaşdırma orqanı tərəfindən keçirilən sertifikasiyadan müvəffəqiyyətlə keçərək ISO 9001:2015 sertifikatına layiq görülmüşdür.
2022-ci ilin fevral ayında “Atlas ES” daha bir fəaliyyət sahəsini - “Yerüstü qazma işləri ” xidmətlərini İMS-in tətbiq sahəsinə daxil etdi və dekabr ayında Keyfiyyət/ Ekologiya/ Sağlamlığın qorunması və Əməyin təhlükəsizliyi İnteqrəolunmuş Menecment Sistemlərinin ISO 9001:2015; ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə uyğun olaraq SGS sertifikatlaşdırma orqanı tərəfindən sertifikasiyadan uğurla keçməsinə nail olub.
2022-ci ilin oktyabr ayından başlayaraq “AtlasKorp” əsas fəaliyyət sahələrindən - “Texniki servis və təmir işləri” xidmətinin ISO 9001:2015; ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə uyğun olaraq Keyfiyyət/ Ekologiya/ Sağlamlığın qorunması və Əməyin təhlükəsizliyi Menecment Sistemlərinin sənədlərinin işlənməsinə başlanmış, 2024-cü ildə tətbiqi təmin edilmişdir.
2021-ci ildə “Atlas ES” İMS-nin tətbiq sahəsinə “Dənizdə və quruda polad, mexaniki, boru, elektrik, yük qaldırma vasitələrinin təmiri xidmətləri daxil olmaqla, gəmi təmiri üzrə xidmət sahəsi”- ni daxil etdi və ISO 9001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə uyğun, DNV sertifikatlaşdırma orqanı tərəfindən sertifikasiyadan uğurla keçmişdi.
2020-ci ildə “Atlas ES” SQ və ƏM Menecment Sisteminin ISO 45001:2018 tələblərinə uyğun dəyişiklərin tətbiqinə və sertifikatlaşdırılması üzrə hazırlıq işlərinin başladı.
2017-ci ildə “Atlas ES”, əsas fəaliyyət sahələrinə “İzolyasiya işləri” üzrə xidmət sahəsini də daxil edərək göstərdiyi xidmətlər üzrə Keyfiyyət/ Ekologiya/ Sağlamlığın qorunması və Əməyin təhlükəsizliyi İnteqrəolunmuş Menecment Sistemlərinin (İMS) tətbiq sahəsinin, ISO 9001:2015 və ISO 14001:2015 beynəlxalq standartlarının yeni versiyalarının tələblərinə keçidi təmin edərək, , Keyfiyyət/ Ekologiya/ Sağlamlığın qorunması və Əməyin təhlükəsizliyi İnteqrəolunmuş Menecment Sistemlərinin SGS sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılmasına nail olmuşdu
2015-ci ildə “Atlas ES” səthlərin korroziyadan müdafiəsi və qoruyucu örtüklərinin çəkilməsi fəaliyyət sahələrinə daxil olan qumlama və boya işləri, sement və ya yanğına davamlı materiallardan istifadə edərək köpükvurma işləri, mobil kompressor və dizel generatorlarının icarə xidməti, iskələ təchizatı xidmət sahələri üzrə ISO 14001:2004 tələblərinə uyğun Ekoloji və OHSAS 18001:2007 tələblərinə uyğun Sağlamlığın qorunması və Əməyin təhlükəsizliyi İnteqrəolunmuş Menecment Sistemlərinin tətbiqi və sertifikatlaşdırılmasına nail olmuşdur.
2010-cu ildə ISO 9001: 2008 tələblərinə uyğun olaraq sement və ya yanğına davamlı materiallardan istifadə edərəkköpükvurma işləri, mobil kompressor və dizel generatorlarının icarə xidməti, iskələ təchizatı sahələrinidə daxil edərək, fəaliyyət sahələri üzrə Keyfiyyət İdarəetmə Sistemini tətbiq edərək
“ SGS” Sertifikatlaşdırma orqanı tərəfindən sertifikasiyadan müvəffəqiyyətlə keçərək
ISO 9001 tətbiqi sertifikatına layiq görülmüşdür.
“Atlas ES” ilk dəfə 2007-ci ildə əsas fəaliyyət sahəsinə daxil olan səthlərin korroziyadan müdafiəsi və qoruyucu örtüklərinin çəkilməsi daxil olan qumlama və boya işləri üzrə beynəlxalq standartlar ISO 9001: 2000